Bank Respublika olaraq Sizə nə vəd edirik?
• Öz işinin peşəkarları yanında təcrübə keçmək;
• Real iş mühiti ilə tanış olmaq;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Namizədlərə qarşı tələblər:
• Ali təhsil;
• Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
• Ümumi komputer bilikləri;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik;
• İnnovativlik və təşəbbüskarlıq.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.
Maraqlanan şəxslərin öz CV-lərini 12 fevral 2021-ci il tarixinədək [email protected] ünvanına, emailin mövzu hissəsində “İT mütəxəssislərinin hazırlanması proqramı” yazmaqla göndərmələri xahiş olunur.