Əmək haqqı üzrə mühasib

İşin təsviri

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Əmək haqqı: 800 AZN-1000 AZN

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• İşçilərin aylıq əmək haqlarını hesablamaq;
• Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
• Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
• Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
• DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
• Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
• Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
• Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

Tələblər:

• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Hesabatların auditini bacarmalı;
• Analitik düşünmə qabiliyyəti olmalı;
• Azərbaycan və rus dili bilikləri;
• Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.