Quraşdırma şöbəsinin müdiri

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 25.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş rejimi: 5 günlük
İş vaxtı: 9:00-18:00
Əmək haqqı: Rəqabət qabiliyyətlidir. Namizədin bilik və bacarığına əsasən müəyənləşəcəkdir.

İş haqqında:

• Quraşdırma xidmətləri ilə bağlı şöbəsinin məsul olduğu əməliyyatları idarə etmək,
• İT avadanlıq, sistem və proqramların kəsintisiz və davamlı fəaliyyətini təmin etmək üçün xidmətə və xidmətin işçilərinə ümumi rəhbərlik etmək, ümumi rəhbərliklə bağlı bütün əməliyyatları və funksiyaları icra etmək,
• Məsul olduğu öhdəliklərin icrası üçün lazım olan məlumatları müvafiq prosedur və qaydalara görə şöbənin bütün bölmələrinə ötürmək və tələb etmək,
• Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında (kompüter, printer, UPS, video müşahidə avadanlıqları və s.) çıxan nasazlıqların aradan qaldırılmasına, sıradan çıxmış avadanlıqların təmirinə nəzarət etmək,
• İT avadanlıqlarının şirkətin İT siyasəti, prosedur, qayda və standartlarına müvafiq hazırlanaraq sifarişçi struktur bölmələrdə quraşdırılmasına nəzarət etmək,
• Proqram təminatı vasitəsilə gündəlik edilən müraciətləri tabeliyindəki əməkdaşlar arasında bölüşdürərək problemin operativ həllini təmin etmək,
• Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq tabeliyində olan əməkdaşlar tərəfindən müxtəlif proqramların və İT avadanlıqlarının sazlanmasına nəzarət etmək,
• Kompüter istifadəçilərinə avadanlıqdan istifadə ilə bağlı təlimatların keçirilməsinə, avadanlıq və proqramlarla bağlı məlumatların verilməsinə nəzarət etmək,
• Cari proseslərin qeydiyyatının aparılmasını və növbəti layihələrin planlanmasını həyata keçirmək,
• İT dəstəyi ilə bağlı əməliyyatlara və texniki dəstək işçiləri ilə qarşılıqlı işlərə ümumi nəzarət etmək
• Müştərilərə yerində İT dəstək göstərilməsini təmin etmək, avadanlıqlarda ortaya çıxan problemlərin müvafiq şöbələrə yönləndirilməsini təmin etmək
• Yeni müştəri layihələri ilə tanış olmaq, müştəri istəklərini formalaşdırmaq,
• Layihə çərçivəsində tələb olunan mal-material siyahısını tərtib etmək, sifariş üçün müvafiq şöbələrə ötürülməsini təmin etmək,
• Layihələrin fasiləsiz və dayanıqlı şəkildə icrasını təmin etmək, quraşdırma işlərinin tələb olunan formada müştəriyə təhvil-təslim prosesini həyata keçirmək,
• Şöbənin idarəçiliyi üçün plan, siyasət, prosedur və qaydalar hazırlamaq, inkişaf etdirmək və icrasına nəzarət etmək.

Tələblər:

• Ali təhsil,
• Müvafiq İT infrasturuktur sahəsində 3-5 il iş təcrübəsi,
• Word, Excel bilikləri- Əla səviyyədə,
• Azərbaycan dili-əla, rus və ingilis dili orta səviyyədə,
• İdarəetmə bilikləri-əla səviyyədə.

Tələbələrə uyğun şəxslər CV-lərini “Quraşdırma şöbəsinin müdiri” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

İşəgötürənin reytinqi