Region üzrə Satış təmsilçisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 25.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
• Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
• Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
• Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

- Ali Təhsilli
- Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi
- 25-40 yaş arası bəy namizədlər
- Təşkilati və analitik bacarıqlar
- Sürücülük vəsiqəsi mütləqdir

İş şərtləri:

- Əmək haqqı: Net 300 AZN fiks və əlavə satışdan bonus Satış bonusları ilə birlikdə əməmk haqqı 1000 AZN yuxarı təşkil edir. .
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
- Regionlarda ezamiyyət xərcləri qarşılanır.
- 1-ci region - (Şirvan, Sabirabad, Saatlı, İmişli,Kürdəmir,Beyləqan,Fizuli) qalacaq yer İmişli rayonunda təmin edilir.
- 2-ci region – (Goran, Gəncə, Göy-göl, Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax) qalacaq yer Gəncə şəhərində təmin edilir.
- Yuxarda qeyd edilən hər bir regiona (1-ci və 2-ci) bir satış təmsilçisi tələb edilir.
- Rayonlara ezamiyyətə gedib qalmaq imkanı olan şəxslər CV göndərsin.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.