Daxili Audit

  • Starex
  • Elanın qoyulma tarixi: 25.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1000 – 1200 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Namizədə Tələblər:

∙ Ali iqtisadi təhsil
∙ 2 ildən az olmayan audit sahəsində iş təcrübəsi (retail sferasında olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
∙ Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

∙ Müştəri xidmət mərkəzləri üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak
∙ Müştərilərə şirkət tərəfdən geri qaytarılan ödənişlərin doğruluğunu yoxlamaq
∙ İadə olunan malların və vəsaitlərin razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və muhasibat proqramı üzrə təsdiq edilməsi
∙ Xidmət mərkəzlərində daxili qaydalara uyğunluğun yoxlanılması
∙ Kuryerlər vasitəsilə yığılan vəsaitlərə nəzarət edilməsi və sənədləşmənin yoxlanması
∙ Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanılması və aktlaşdırılması
∙ Təchizat və Anbar proseslərinin audit yoxlanmasının təmin edilməsi
∙ Əməkdaşlıq edilən şirkətlərə və müştərilərə kreditor borclarının yoxlanması

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi