Assistent

İşin təsviri

• Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
• Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Ali təhsilli (iqtisadi, tikinti-inşaat, texniki və ya mexaniki sahələrdə magistr təhsilli) olmalıdır,
• Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• İngilis dilini sərbəst bilməsi vacibdir. (Əlavə olaraq Rus dilini bilənlərə üstünlük verilir),
• Sürücülük vəsiqəsi olmalıdır,
• Mütəmadi olaraq bölgələrə səfər edəcək,
• İşində dəqiq, məsuliyyətli və cəld olmalıdır, təzyiq altında işləməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri:

- Kolektivlə və digər görüşmələrdə tərcüməçilik etmək (Rus və İngilis dilində), rəhbərinə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis dilinə və ya Rus dilinə və əksinə tərcümə etmək.
- Müəssisənin struktur bölmələrindən rəhbərinə lazım olan məlumatları və materialları toplamaq, onları təhlil etmək və nəticəsi barədə rəhbərinə məruzə etmək.
- Rəhbərinin iclas və müşavirələrinin keçirilməsini planlaşdırmaq.
- Rəhbərinin iclas və müşavirələrinin protokolunu hazırlamaq.
- Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərinə təqdim etmək.
- Rəhbəri ilə birlikdə mütəmadi olaraq bölgələrə səfər etmək.
- Rəhbərini lazım olan yerlərə aparıb-gətirmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur.

E - mail : [email protected] . Mövzu hissəsində " Assistent " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.