Mühasibatlıq üzrə Baş Mütəxəssis

  • Caspio Group
  • Elanın qoyulma tarixi: 24.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

.İş öhdəlikləri:

• Beynəlxalq mühasibat uçotunun tələblərinə uyğun olaraq aralıq və illik maliyyə hesabatlarını tərtib etmək
• Hesabatlılıq prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək
• Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək
• BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək
• Mütəmadi olaraq müvafiq nəticələri anlamaq və texniki məsələlər və Mühasibat Uçotu Standartlarının dəyişiklikləri üzrə müntəzəm yenilikləri izləmək üçün onları təhlil etmək
• Bütün gündəlik əməliyyatların mühasibat uçotu (1C) proqramına daxil edilməsi;
• Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması;
• Vergi orqanları ilə yazışmalar;
• Vergi və mühasibat uçotunun aparılması;
• Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər bu kimi sənədləşmələrin və ödənişlərin yerinə yetirilməsi;
• Vergi hesab fakturaları və elektron qaimələrin yazılması;
• Bank və kassa əməliyyatlarının həyata keçirilməsi.
• İş qrafiki: 09:00-18:00;
• İstirahət günü: şənbə, bazar.

Namizədə tələblər:

• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
• Maliyyə və ya Mühasibat sahəsində 3 ildən çox iş təcrübəsi
• Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan dilini əla, rus dilini və ingilis dilini yaxşı səviyyədə bilmək
• ACCA / CIMA
• IRFS
• Mühasibat uçotu (1C) proqramı
• Maliyyə Hesabatları və izahedici qeydlərlə işləmə bacarığı
• MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
• Ofis avadanlıqları ilə işləmə bacarığı;
• Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
• Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər;

Əmək haqqı – müsahibə əsasında

Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Mühasibatlıq üzrə Baş Mütəxəssis başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.