Gömrük əməliyyatları üzrə mütəxəssis

  • Caspio Group
  • Elanın qoyulma tarixi: 24.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş öhdəlikləri:

• Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yüklərin sənədlərini gömrükləməyə qədər hazırlanması;
• Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək
• Gömrükdən keçən malları şirkət anbarına çatdırılmasını və təhvil verilməsini təmin etmək;
• Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
• Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
• İş qrafiki: 09:00-18:00;
• İstirahət günü: şənbə, bazar.

Namizədə tələblər:

• Tranzit, idxal, ixrac yüklərin gömrüklənməsi barədə ümumi anlayış
• Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil üstünlük veriləcəkdir);
• Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
• MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
• Ofis avadanlıqları ilə işləmə bacarığı;
• Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
• Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər;
• İngilis və Rus dillərini bilmək üstünlük hesab ediləcək.

Əmək haqqı – müsahibə əsasında

Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Gömrük əməliyyatları üzrə mütəxəssis başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Caspio Group tərəfindən digər vakansiyalar