Komplayens şöbəsinin Mütəxəssisi/ FATCA/CRS üzrə məsul şəxs

  • Access Bank
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komplayens şöbəsinin Mütəxəssisi/ FATCA/CRS üzrə məsul şəxs

Öhdəliklər

• FATCA/CRS anketlərinin gündəlik əsasda yoxlanılması;
• Sistem üzrə hesabların və əməliyyatların monitorinqi və analizi;
• FATCA/CRS proqramına aid texniki tapşırıqların hazırlanması;
• İllik FATCA/CRS hesabatının hazırlanması və müvafiq dövlət orqanına təqdim edilməsi;
• Mütəmadi olaraq Bakı və digər şəhər/region filiallarına baş çəkmək və yerində daxili nəzarəti həyata keçirmək;
• Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;
• Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;
• Filiallarda FATCA/CRS üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq.

Tələblər

• Bankda ən azı 2 illik iş təcrübəsi;
• Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
• Regional filiallara ezam olunma imkanı;
• Analitik təfəkkür;
• Microsoft proqramlar paketini, xüsusilə Excel proqramını əla bilmək;
• Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və orta ingilis dili biliyi;
• Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;
• Mükəmməl ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi