Planlama mühəndisi

  • GM Construction
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş bacarığı:

- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Coast controlun həyata keçirilməsi;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (İnşaat mühəndisliyi);
- Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 3-5 il iş təcrübəsi;
- MS Office, Primavera P6, MS Project 2010;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Digər tələb və şərtlər:

- İş yeri: Bakı ş. Heydər Əliyev pr. 189;
- Vaxtaşırı ölkə ərazisi üzrə ezamiyyə nəzərdə tutulub;
- İş vaxtı: 6 günlük (09:00-18:00), şənbə (09:00 – 15:00);
- Korporativ nömrə;
- Əmək haqqı: iş təcrübəsi və təhsil nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.