Satınalma üzrə mütəxəssis

  • Azericard
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

- Müvafiq komissiyanın nəzarəti altında müəssisənin bütün satınalma metodları üzrə satınalmaların həyata keçirmək və satınalama ilə bağlı tələb olunan sənədləşmə işlərini yerinə yetirmək;
- Satınalmaların təşkilini və rəhbərliyin göstərişləri əsasında tələb olunan müxtəlif sənədlərin hazırlanmasını təmin etmək;
- Tələb olunan predmetlərlə bağlı şirkətlərdən qiymət təkliflərinin alınması, uyğunluğunun yoxlanması və ən optimal təkliflərin komissiyaya təqdim olunmasını təmin etmək;
- Yerinə yetirilən işlər haqda mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək.

Tələblər:

- Ali təhsil (İT üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək);
- İş təcrübəsi: ən azı 3 il (satınalmalar sahəsində);
- Dillər : azərbaycan, rus dilləri (yüksək səviyyədə), ingilis dili (orta səviyyə);
- Ofis proqramları (MS Word, Excel, Powerpoint) ilə sərbəst işləmək bacarığı;
- Dövlət satınalmaları haqqında qanunvericiliyə bələd olmalı;
- Bütün satınalma metodları (xüsusilə də açıq tender üsulu) üzrə satınalmaların keçirilməsi ilə bağlı bütün sənədləşmə işləri barədə məlumatlara və təcrübəyə sahib olmalı;
- Analitik düşüncə tərzi, ünsiyyət qurmaq bacarığı, kollektivdə işləmək və vaxtın idarə edilməsi bacarığı.

Qeyd : İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır.

Namizədlərdən CV-lərini “Satınalma üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi