Satış Auditi Şöbə müdiri

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 20.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil ( iqtisadiyyat, kommersiya sahələrində);
• Müvafiq sahədə 5 ildən az olmayaraq təcrübə;
• Mükəmməl səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili bilikləri;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə.

Vəzifə öhdəlikləri:

• Tabeçiliyində olan əməkdaşlara aylıq və gündəlik iş bölgüsü hazırlamaq;
• Audit proqramlarının hazırlanması, qrafikin formalaşmasının təmin edilməsi;
• Təsdiqlənmiş audit planları əsnasında yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinə dair rəyin təqdim edilməsi ;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
• Satış nöqtələrinə yerində baxış keçirilməsinə və satış təmsilçilərinin fəaliyyətlərinin düzgün qiymətləndirilməsinə nəzarət edilməsi;
• Əməkdaşlıq edilən ticarət nöqtələrində sayımların təşkil edilməsi və prossesə nəzarət edilməsi;
• Risk dəyərləndirmələri əsnasında planlı və plandan kənar yoxlamaların həyata keçirilməsini təşkil etmək;
• Nəzarət mühitinin dəyərləndirilməsinə dair testlər aparmaq;
• Nəzarət etdiyi şöbədə, təqsirli bilinən işçi və şirkətə maddi və ya mənəvi zərər vurmuş işçi barəsində normativ sənədlərin hazırlanması, müvafiq qaydalar əsasında şirkətə dəymiş zərərin ödənilməsinə nəzarət edilməsi;
• Nəzarət etdiyi şöbənin fəaliyyətinə təsir etmiş və ya edə biləcək halların aşkarlanması, bu kimi neqativ hallar baş verdikdə dərhal araşdırma aparılması;
• Nöqsan və çatışmazlıqların aradan qaldırılması, bu istiqamətdə aparılan yoxlamalar və nəticələr barəsində tədbir planlarınının hazırlanması;
• İllik audit strategiyası və planının tərtib edilməsi, yerinə yetirilimiş işlər barəsində illik fəaliyyət hesabatının hazırlanması;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Rəhbərliyin verdiyi xüsusi tapşırıqların yerinə yetirilməsi və nəticələrinin raportlanması;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri ;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Əmək haqqı razılaşma yolu ilə təyin ediləcəkdir ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Satış Auditi Şöbə müdiri" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.