Mühasib

  • Nazim1001
  • Elanın qoyulma tarixi: 18.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələri:

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
• Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilmək
• Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
• Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək
• Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək
• Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
• Aylıq Mənfəət və gəlir hesabatının yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
• Dövriyyə qalıq cədvəlinin hesablar üzrə yoxlamaq, uyğun sənədlərin üzləşdirilmək
• Proqramm təminatı: MİCRO
• Malların mədaxil və məxarici
• Muqavilə və elektron qaimələrin tərtib olunması.
- İş saatı - 09.00 - 18.00 (6 gün)
- Əmək haqqı: 600-1000 (bonus sistemi)

Namizədə tələblər:

• Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
• Yalnız xanım namizədlər.
• Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi

• Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
• Komanda ilə işləmə bacarığının olması
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrəsi: 050-611-14-81