Aparıcı Hüquqşünas

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 17.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (Hüquq);
• Dövlət strukturlarında və kommersiya təşkilatlarında 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, İnzibati xətalar Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunları.
• Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis dili bilikləri;
• İT resursları və ofis proqramları;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, təşkilatçılıq, analitik düşüncə;
• İnzibati hüquq pozmalara dair işlərin aparılması;
• Korporativ yazışmaların aparılması;
• Dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki işlərin aparılması.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, əlavə razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması, Əmr, bildiriş, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;
• Təşkilatın səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilələri hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib hüquqi ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
• Təşkilat daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;
• Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• İcraatda olan məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
• Məhkəmə mübahisələrinin həlli məqsədilə bütün zəruri tədbirlərin görülməsi

İş şərtləri:

• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı – 1600 AZN (net)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.