UX/UI dizayner

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 10.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “UX/UI Designer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma Departamenti / Proqramlaşdırma şöbəsi
Vəzifə: UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

- Product Owner, Design Lead və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
- Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
- Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi.

Vəzifəyə tələblər:

- Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə;
- Araşdırma, qiymətləndirmə və analitika bacarığı;
- Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
- Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə;
- Yüksək səviyyədə visual dizayn qabiliyyəti;
- Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübə;
- Yaxşı səviyyədə interaktiv dizayn qabiliyyətləri və ya vizyonu;
- Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi