Böyük hüquqşünas

İşin təsviri

Bizim üçün ən ideal namizəd :

- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməli
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli

O cümlədən :

- Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi
- Komplayens siyasətinin işlənib hazırlanmsı və icrasına nəzarət
- Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək
- Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası
- Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
- Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması
- Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi
- Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
- Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
- Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək
- Davamlı karyera imkanı
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük hüquqşünas” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.