Baş usta

  • Avrora
  • Elanın qoyulma tarixi: 29.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin qısa təsviri :

Müəssisədəki avtomobillərə texiki qulluq və yaranmış nasazlıqları aradan qaldırmaq. Avtomobillərin saz vəziyyətdə saxlanılması üçün lazımi addımların atılması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Şirkətə məxsus avtomobillərin (dizel yük və benzin minik) mühərrik, ötürücü qutusunda yaranmış nasazlıqları müəyyənləşdirmək;
• Nasazlığın aradan qaldırılması üçün gərəkli ehtiyyat hissə ehtiyacını müəyyənləşdirmək;
• Təmin edilmiş ehtiyyat hissələri ilə nasazlığı aradan qaldırmaq;
• Avtomobillərin texniki vəziyyətini diqqətdə saxlamaq;
• Yarana biləcək nasazlıqlar barədə öncədən birbaşa rəhbərini məlumatlandırmaq;
• Sürücülərə istismar qaydaları barədə gərəkən məlumatları vermək;
• Çalışma sahəsini təmiz və səliqəli saxlamaq.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Loqo proqramı ilə işləməyi bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Avtoçilingər üzrə orta texniki təhsil arzuolunandır;
• İş təcrübəsi: Minimum 3 il mühərrik ustası olaraq təcrübə;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə).

Bizim iş şərtləri :

• 5 günlük iş həftəsi;
• Şirkət hesabına nahar;
• İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Baş usta” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi