Tikinti rəhbəri

  • Improtex Group
  • Elanın qoyulma tarixi: 09.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:

Tikinti rəhbəri

Tələblər:

- Müvafiq sahə üzrə Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi
- Yaş həddi: 50 yaşadək
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığı arzu olunandır;
- Planlama və smeta tərtib etmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD, Solidworks və TEKLA proqramlarında işləmə bacarığı

Vəzifə öhdəlikləri: 

- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
- İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlamaq.
- Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək.
- Hər bir prosesin standartlara uyğun getməsini təmin etmək üçün avadanlıq və komponentlərin quraşdırılmasına nəzarət etmək
- İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək
- Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət etmək
- Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyə təqdim etmək.

Əlavə məlumat:

İş qrafiki: Həftə içi 6 gün, Bazar günü istirahət
Əmək haqqı qarşılıqlı razılaşma əsasında

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Tikinti rəhbəri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.