Müşahidə şurasının katibi/ Assistant

İşin təsviri

MKT-İK MMC (Pambıq müəssəsi) Müşahidə şurasının katibi/ Assistant vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

- Sədrin təyin etdiyi vaxta əsasən Müşahidə Şurasının iclaslarının təşkili (Müşahidə Şurasının üzvləri və digər iclas iştirakçılarına dəvət göndərərək iclasın tarixi, saatı və iclasda müzakirə olunacaq mövzuları qeyd etmək);
- Müşahidə Şurasının iclaslarında iştirak edərək müzakirə olunan mövzu, təklif, rəy və qərarların (iclasların tarixi və sıra sayı etibarilə) protokollaşdırılması, protokolları Müşahidə Şurasının üzvlərinə imzalatdıqdan sonra, onların arxivləşdirilməsi;
- Müşahidə Şurasının iclaslarının protokollarına əsasən qərara alınmış tapşırıqlara əsasən görüləcək işlərin planını tərtib etmək, plandakı tapşırıqların icra olunacağı tarixə qədər yerinə yetirilməsinə nəzarət etmək (tapşırığı icra edəcək şirkətin məsul şəxsi ilə əlaqədə olaraq icra tarixindən bir neçə gün əvvəl tapşırığı xatırlatmaq);
- Əlaqədar şirkətlərlərlə məktublaşmaq, telefon bağlantısı yaratmaq;
- Sədrin işgüzar səfərlərinin təşkili (Viza alınması, bilet və otel bronu);
- Müşahidə Şurasının Sədrin və Müşahidə Şurasının üzvlərinin digər tapşırıqlarını icra etmək;
- İcra etdiyi bütün tapşırıqları, həmçinin protokollarda və digər sənədlərdə qeyd olunan məlumatların tam məxfi saxlanılmasına mütləq şəkildə riəyət etmək.

Tələblər

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili yüksək, Rus dili, İngilis dili əla səviyyədə bilməli;
• Analitik düşüncə qabiliyyəti və Komandada işləmək bacarığı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Müşahidə şurasının katibi/ Assistant” yazmaqla müraciət edilir.