Ofis meneceri ( İmişli )

İşin təsviri

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

VAKANSİYA ELANI

İmişli filialı – ofis meneceri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;
• Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;
• Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;
• Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;
• Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;
• Filiala daxil olan ərizə, təklif və şikayətlərin araş¬dırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.

TƏLƏBLƏR:

• Ali təhsil;
• Yaş həddi 22-30 aralığı;
• Azı 1 il iş stajı;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus dilini bilməsi arzuolunandır;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və qrammatik yazı bacarığı olmalıdır.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 7 dekabr 2020-ci il
• İş yerinin ünvanı: İmişli şəhəri, İmişli-Kürdəmir yolu

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (OFİS MENECER) qeyd edin.