Mexanik (yük maşınları üzrə)

  • Company
  • Elanın qoyulma tarixi: 24.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya üzrə əmək funksiya:

• Mexaniki problemlərin növlərini və onların yaranma səbəblərini aşkar etmək;
• Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
• Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq;
• Köhnəlmiş avadanlıqların müəyyən edilməsi və onların təmirinin növbələşdirilməsi;
• Bütün qovşaqların sökülməsi və yığılması;
• Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
• Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq;
• Avtomobil və avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi.

Namizədə tələblər:

• İş saatlarında çeviklik;
• Təzyiq altında işləmək;
• Sadə mexaniki cizgiləri başa düşmək;
• Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və tələb olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək;
• Açıq məkanda işləmək;
• Yük maşınlarının və ağır texnikanı idarəetmək;
• Qəzaların növləri və onların yaranma səbəbləri barədə bilikli olmaq;
• Yük maşınlarının və ağır texnikanın əsas konstruktiv elementləri, qurğu və sistemləri barədə məlumatlı olmaq;
• Yük maşınlarının hərəkətləndiricisinin quruluşu, onun tərkibində elektrik mühərrikinin işə salınma, tormozlanma və tənzimlənmə rejimləri barədə bilgili olmaq.

Ümumi tələblər:

• Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə);
• Cinsi – kişi;
• Sürücülük vəsiqəsinin olması üstünlükdür;
• Yaş həddi 40-50;
• İş təcrübəsi: minimum 5 il;
• Yük maşınları və ağır texnikanın əsas iş prinsipləri;
• Yük maşınları və ağır texnikanın texniki xüsusiyyətləri, imkanları və məhdudiyyətləri.

İş şərtləri:

• İş qrafiki: razılaşma yolu ilə;
• Əmək haqqı: razılaşma yolu ilə.

Email address: [email protected]