Təchizat üzrə menecer

  • FF Group
  • Elanın qoyulma tarixi: 24.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: FF Group of Companies

Vəzifə: Təchizat üzrə menecer

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 2071

Vəzifə təlimatı:

- Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.

Tələblər:

- Ali təhsilli
- Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə danışmaq və yazmaq qabiliyyəti;
- Kompüter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (FASHİON SAHƏSİNDƏ TƏCRÜBƏ MÜTLƏQDİR)
- Fərdi keyfiyyətlər: məsuliyyət, idarəçilik, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:

- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Əmək haqqı razılaşma əsasında
- Müsahibə CV əsasında aparılacaq

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə menecer” yazaraq, öz CV-lərinizi [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.