Satış Təmsilçisi

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 22.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış Təmsilçisi

Tələblər:

- Cins: Kişi
- Minimum natamam ali təhsil (bakalavr)
- Güclü satış, təqdimat və tanıtım bacarığı
- Çevik, çalışqan, məntiqli, ünsiyyətcil, hazırcavab
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli
- Karyerasını satış sahəsində qurmaq istəyi olmalı
- Komandada işləmək və idarəetmə bacarığı olmalı
- Sürücülük vəsiqəsi "B" və şəxsi avtomobilin olması
- Minimum 1 illik satış təcrübəsi

Vəzifələr:

- Şirkət məhsullarının sifarişlərini qəbul etmək;
- Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək məhsul çatışmazlığını müəyyən etmək;
- Şirkətə məxsus məhsulların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə standartlara uyğun düzülüşünü təmin etmək;
- Lazım gəldikdə, şirkətin reklam avadanlıqlarının satış nöqtələrində quraşdırılması üçün tələb olunan işləri görmək
- Satış proseslərinin reallaşdırılması və şirkətin müəyyən etdiyi kompaniyaların keçirilməsinin təmin edilməsi
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək;
- Satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və məsuliyyət daşımaq;
- Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək;
- Satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;
- Mövcud müştərilərlə təşkilati əlaqələrin qurulması, yeni müştərilərlə iş birliyinin yaradılması

Əlaqə : [email protected]

İşəgötürənin reytinqi