Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 19.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Anderraytinq və qiymətləndirmə departamenti, Anderraytinq və təkrarsığorta şöbəsi
Vəzifə: Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi
Əmək haqqı: Stat cədvəlinə uygun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 noyabr 2020

Vəzifə Öhdəlikləri:

1. Müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
2. Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
3. Qüvvədə olan təlimat və qaydalara əsasən Şöbə tərəfindən sənədləri operativ və keyfiyyətli hazırlamaq, onların icra etmək, İSO formaya salınması üzrə nəzarəti etmək;
4. Cari risklərin anderraytinqini həyata keçirmək, riskləri seçmək;
5. Riskin daha düzgün və tez qiymətləndirilməsi üçün sığorta olunanların səhhəti ilə bağlı məlumat bazasını yaratmaq;
6. Sığorta şərtlərinin asanlaşdırılması üçün mövcud statistik bazanı formalaşdırmaq;
7. Təkrarsığortaçının ödənişlərinin tənzimlənməsi və nəzarəti;
8. Təkrarsığorta hesabatlarını hazırlamaq;
9. Təkliflər hazırlamaq, şəhadətnamə formalarınının tərtib edilməsində iştirak etmək;
10. Müvafiq sığorta məhsulları üzrə sənədləşdirmə və elektron bazaların hazırlanması və təkmilləşdirilməsi sahəsində zəruri işlər görmək;
11. Müvafiq sığorta məhsulları üzrə risklərin təkrarsığortalanmasını təmin etmək;
12. Müştəriləri tibbi müayinəyə yönləndirmək, klinikalarla mütəmadi olaraq əlaqə saxlamaq, tibbi müayinə nəticələrini vaxtında klinikalardan almaq;
13. Satış strukturunun əməkdaşları tərəfindən daxil olan sorğuları cavablandırmaq.

Namizədə olan tələblər:

- İş təcrübəsi: İstənilən sahə üzrə ən azı 1 il iş təcrübəsi dərəcəsi
- Təhsili/ixtisasi: İqtisadiyyat və maliyyə sahələri üzrə bakalavr dərəcəcəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla, Rus dili – orta
- Kompüter bilikləri: Word - orta , Excel - əla, PowerPoint - orta , Outlook - orta
- Üstünlüklər:Analitik və tətqiqat bacarıqları, Beynəlxalq və yerli Aktuar imtahanlarında iştirak.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv

İmtiyazlar

- Könüllü tibbi sigorta: 3 ay sonra isçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalniz ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanilacaqdir.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M. Useynov küçəsi 61
Əlaqə vasitələri: www.pasha-life.az; (012) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi