PROFİLİNİZ:
• Pedaqoqika, psixologiya və ya sosial iş sahəsində ali təhsil;
• Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi;
• Mentorluq və kouçinq bacarıqları;
• Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
• Sosial və təşkilati bacarıqlar;
• Stressə davamlılıq;
• Komandada işləmək istəyi və bacarığı;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
• Əlavə peşəyönümlü təhsil (Təlim, seminarlar);
• İlkin tibbi yardım bacarığı;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
• Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
• Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
• Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
• Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək;
• SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
• Gənclərin asudə vaxtlarını təşkil etmək;
• Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)
İŞ ŞƏRTLƏRİ:
• Ünvan – Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 9, m. 230 (Q.Qarayev m/st, İnci şadlıq sarayının yaxınlığı);
• 550 AZN (vergilər daxil) əmək haqqı;
• Növbəli iş rejimi;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz?
Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 26 Noyabr 2020-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/Gənclərə Qayğı üzrə məsləhətçi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: 055 227 47 25
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!