Məlumatın qorunması üzrə aparıcı mütəxəssis

İşin təsviri

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

- Mövcud audit sistemlərinin ümumi inzibatçılığı;
- ABB-də mövcud olan bütün bank əməliyyat sistemlərinin (ABS, Hesabatlıq sistemi, ödəmə və köçürmə sistemləri, İnternet Bankinq və s.) təhlükəsizliyinin təşkil edilməsi və aparılan məlumat mübadiləsinə nəzarət edilməsi;
- Sənədlərlə işləmə qabiliyyəti;
- Məlumatların təhlil olunması.

Bizim üçün ideal namizəd:

- Ali texniki təhsilli;
- Məlumat təhlükəsizliyi və maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyinin əsas prinsiplərindən anlayışı olan;
- Oracle DB barədə anlayışı olan;
- Məlumat analitikası sistemləri ilə işləmə bacarığı olan;
- MS Office və SQL bilyi olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumatın qorunması üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az