Kateqoriya meneceri

  • Superfon
  • Elanın qoyulma tarixi: 17.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kateqoriya meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 27 və ya üzəri

Vəzifə öhdəlikləri:

• Məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsini həyata keçirmək ;
• İllik satış planını hazırlanması, analiz və nəzarət edilməsini məqsədi ilə bazar və müştəri potensialını araşdırmaq;
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
• Həftəlik, aylıq, illik olaraq satılmış məhsulların kateqoriyalar üzrə analiz icra etmək;
• Alınması planlaşdırılan kateqoriya üzrə məhsulların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
• Məhsulun sifariş verildiyi andan, satış nöqtələrində satışa çıxarılanadək təqib olunması və bütün satış nöqtələrində olmasını təmin etmək və izləmək;

Tələblər:

• Bazar araşdırması və analizi texnikaları;
• Satış texnikaları baradə biliklər;
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək;
• Texnoloji məlumatlılıq;
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması);

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• İşlə bağlı bütün xərclər qarşılanır.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Kateqoriya meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 18.12.2020

İşəgötürənin reytinqi