HR Menecer

İşin təsviri

Vəzifə: HR Menecer

Namizədə dair tələblər:

- Ali təhsil;
- Yaş həddi: 30-45;
- Menecment, psixologiya və ya insan resursları sahəsində biliklər;
- İnsan Resursları sahəsində 5 ildən artıq il təcrübəsi;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- AR Əmək qanunvericiliyi bilikləri;
- Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə bilməli;
- Elektron Hökumət Portalı, MS Office
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Konfliktlərin həlli bacarığı;

Əsas vəzifə öhdəlikləri:

- İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.

İş şərtləri:

- İş rejimi: 6 gün
- Ezamiyyətə hazır olmalı.
- Rabitə xərci şirkət tərəfindən ödənilir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “HR Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.