Keyfiyyətə Nəzarət Şöbə rəisi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 15.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Keyfiyyətə Nəzarət Şöbə rəisi

Əmək funksiyası:

- Şirkətdaxili təsdiq olunmuş ana prosedurların tələblərinə riayət olunmasının izlənilməsi;
- Düzəldici və önləyici fəaliyyətlərin hesabat cədvəlinin izlənməsi;
- Şirkətdaxili və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsdiq olunmuş ana proseslərin işləyişinə nəzarət;
- Ehtiyaca görə yeni prosedur və formaların yazılmasına nəzarət;
- Şirkətdaxili sənədlərin işləməyinə nəzarət;
- Avadanlıqların mütəmadi kalibrasiya olunmasına nəzarət;
- Şirkətin digər strukturlarına beynəlxalq sertifikatların alınması üçün lazımi işlərin həyata keçirilməsi və izlənməsi;
- Əsas vəsaitlərin alınması zamanı məhsulun sertifikatlarının və passportlarının uyğun şöbələrdə olub-olmamasına nəzarət;
- Yeni sənəd formalarının, prosedurların yaradılmasını, razılaşdırılmasını və onlarda dəyişikliklərə nəzarət;
- Keyfiyyət sertifikasiyasına uyğun olaraq daxili auditin keçirilməsi plan-qrafikini hazırlanması;
- Xammalın, texnologiyanın, istehsal prosesinin, hazır məhsulun və xidmətlərin keyfiyyətlərinə nəzarət edilməsi;
- Yeni sənədlərin yaradıcılarına məsləhətlərin verilməsi;
- Yeni yaradılan sənədlərin standartların uyğunluğuna nəzarət edilməsi;
- Yaradılan sənədlərin qeydiyyatını aparırlması
- Şirkətin keyfiyyət üzrə məqsədinin və siyasətinin yaradılmasında iştirak edilməsi;
- İşçi heyətin keyfiyyət üzrə sertifikasiyası sahəsində tədris kurslarının həyata keçirilməsinin izlənməsi;
- Keyfiyyət sertifikasiyası sahəsində informasiyanı sistemləşdirir və rəhbərliyə təhlil üçün təqdim edilməsi.

Bilməlidir:

- ISO 16949, ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 29001, ISO 17025 standartlarını;
- Şirkətin keyfiyyət sahəsində siyasət və məqsədlərini;
- Keyfiyyət İdarəetmə Sistemlərinin sənədlər toplusunu;

Namizədə tələblər:

- Ali təhsil
- Rus və İngilis dillərini mükəmməl bilməli
- Anoloji sahədə 5 il iş təcrübəsi

Təminatlar:

- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün)
- Şənbə və bazar istirahət

Tələblərə uyğun gələn namizədlər CV-lərini “KN Şöbə rəisi” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.