Vizual merçendayzer

İşin təsviri

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

İş şəraiti:

  • 6 günlük iş həftəsi 
  • İstirahət vaxtı: Bazar günü

Əsas öhdəliklər:

  • Mağazada məhsulların düzgün və cəlbedici şəkildə düzülməsini təmin etmək;
  • Geyimlərin çeşid və ölçülərinə uyğun olaraq vitrinlərdə yerləşdirilməsinə nəzarət etmək;
  • Mövsümə və trendlərə uyğun məhsul təqdimatlarını hazırlamaq;
  • Satış analizlərini apararaq effektiv yerləşdirmə strategiyaları təklif etmək;
  • Geyimlərin təmiz, ütülü və səliqəli görünüşünü daim nəzarətdə saxlamaq;
  • Yeni gələn məhsulları vaxtında və düzgün şəkildə mağazaya yerləşdirmək;
  • Aksiyalar və endirimlər üçün xüsusi təqdimat sahələri yaratma;.
  • Rəqib mağazalardakı təqdimatları izləyib təkmilləşmə təklifləri vermək;
  • Mağaza heyəti ilə əməkdaşlıq edərək müştəri məmnuniyyətinə töhfə vermək;
  • Şirkətin vizual standartlarına uyğun vitrin və daxili düzülüşlərə riayət etmək;
  • Müştəri münasibətlərinin idarəedilməsində müəyyən qaydalara riayət edilməsi;
  • Məhsulların qiymət dəyişiklikləri ilə bağlı nəzarət;

Namizədə tələblər:

  • Təhsil (Ali təhsili olanlara üstünlük verilir)
  • Yaş: 20 -35
  • XANIM namizədlərə üstünlük verilir

Namizədin şəxsi keyfiyyətləri

  • Komanda ilə işləmə və nəzarət funksiyasını yerinə yetirmək bacarığı
  • Təşəbbüskar, operativ və nəticəyönümlü olmaq
  • Analitik bacarığı olmalı

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Vizual merçendayzer” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elekton poçt ünvanına göndərə bilərlər. 

Brend House tərəfindən digər vakansiyalar