Baş mühəndis

  • GM Construction
  • Elanın qoyulma tarixi: 12.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş mühəndis

İş barədə məlumat

- Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək;
- Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək;
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək;
- Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək. Görülmüş işlərin hesabatını aparmaq, texniki sənədləşməni tərtib etmək;
- Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək;
- Layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
- Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək;
- Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək;
- Smetaların hazırlanmasına nəzarət etmək;
- Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək.

İş şəraiti:

- 6 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir
- Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq

Namizəd üçün tələblər

- Ali təhsil (İnşaat mühəndisliyi);
- İnşaat sahəsində rəhbər vəzifədə minimum 10 il iş təcrübəsi;
- Kompüter bilikləri - MS Office, Autocad proqramlarını mükəmməl səviyyədə bilmək.
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Problem həlletmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və komanda şəklində işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-ləri (şəkil ilə) “Baş mühəndis” mövzusu ilə [email protected][email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.