İnşaat mühəndisi

  • Amal Group
  • Elanın qoyulma tarixi: 10.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcili olaraq aşağıdakı şərtlər üzrə “İnşaat mühəndisi” tələb olunur.

Vakansiya haqqında

İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 6 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək;
• Tabeciliyində olan işçi heyətinə rəhbərlik etmək;
• Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
• Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
• Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
• Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
• Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
Müvafiq hüquqi və normativ standartları öyrənmək, nəzərdən keçirmək və onlara riayət etmək;
• Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
• Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək.

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 5 il inşaat sahəsi üzrə iş təcrübə.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);-Digər dillər əlavə üstünlük hesab olunur.
• Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
• Dəqiq texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər;
• Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip v;ə proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
• Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər;
• Autocad, Ms. Office programları, Excell əla səviyyədə.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “İnşaat mühəndisi” qeyd etməyi unutmayın.