Elektrik montyoru

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 09.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Qala – Türkan qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Nəqliyyat servisi 28 may və Koroğlu metrosundan təmin edilir.
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Elektrik montyoru

Vəzifə öhdəlikləri

• Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
• Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək
• Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması
• Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi;
• Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik mütəxəssisinin rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsini təmin etmək
• Relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması
• Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi

Tələblər

• Təhsil : Təhsil - Orta / Orta İxtisas
• Təcrübə: Əlaqədar sahədə minimum 1 -3 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili
• Elektrik montyoru ixtisası üzrə hüquqi sənəd

Texniki Bacarıqlar

• Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək
• Elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək

Səriştəlik

• Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Elektrik montyoru” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi