Layihəçi elektrik mühəndisi

İşin təsviri

Crocus Construction” MMC Layihəçi elektrik mühəndisi vakansiyasını elan edir:

Əsas vəzifə və öhdəliklər:

- Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərini layihələndirmək;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
- Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı.

İş yeri:

Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: [email protected]