Vakansiya: Yığım üzrə mütəxəssis
Tələblər:
• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Kreditin yığımı, icra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.
Əsas vəzifələr:
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması məqsədilə kreditə məhsul götürmüş şəxslərlə danışıqların aparılması;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə kreditə məhsul götürən şəxslərlə görüşlərin təşkil edilməsi;
• Müştəri tərəfindən edilən ödənişlərə nəzarətin həyata keçirilməsi:
• Məhkəmə qətnamələrinin icrasını izləmək və lazımi sənədləri Ədliyyə Nazirliyinin aidiyyatı orqanlarına (idarə və şöbələrinə) təqdim etmək.
• Borcların ödənilməsinə dair hesabatların hazırlanması.
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Bilik və bacarığınıza əmək haqqı+ bonus;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Yığım üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.