Rəqamsal Bankçılıq üzrə analitik

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
• Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Rəqəmsal tətbiqlərin (veb və mobil) keyfiyyətini idarə etmək və onların inkişafının bütün mərhələlərində iştirak etmək;
• Tapşırıqların müzakirəsindən yeni versiyaların tətbiqinə qədər və məhsulları inkişaf etdirmək istəyi;
• Komanda şəklində çalışmaq və müzakirələr aparmaq bacarığı;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Rəqamsal Bankçılıq üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi