Təhsil Koordinatoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 25.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Təhsil Koordinatoru

İşin təsviri:

- Yeni tədris proqramlarının yaradılması və inkişafında iştirak
- Tədris keyfiyyətinə nəzarət
- Müəllimlərlə tədris prosesi ilə bağlı görüşlərin təşkili
- Dərs təqviminin planlanması
- Dərs təqviminin optimallaşdırılması
- Keçirilmiş dərs saatlarının hesablanması
- Tədris materiallarının yaradılması
- İT sektorunda baş verən dəyişiklikləri izləmək və yeniliklərin mövcud tədris proqramlarına uyğunluğunu analiz etmək

Görmək istədiyimiz bilik və bacarıqlar:

- Minimum 2 il iş təcrübəsi
- Təhsil sahəsində iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- Əla ünsiyyət qabiliyyəti
- Email etiketi
- Yüksək keyfiyyətdə sənədləşmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- Təqdimat bacarığı
- Güclü araşdırma və analiz qabiliyyətli
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq

Vəd etdiklərimiz:

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.