Müştəri xidmətləri üzrə mütəxəssis (supervayzer)

  • Embawood
  • Elanın qoyulma tarixi: 22.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: Müştəri xidmətləri üzrə mütəxəssis (supervayzer)

İş qrafiki:

İş yeri: 5 günlük / 09:00 – 18:00
Bakı, Azərbaycan

İşin təsviri:

- Müştəri xidmətləri operatorlarının işinə nəzarət
- Müştəri təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək
- Qarşıya çıxmış problemləri operativ həll etmək
- Müştəri xidmətləri işinin təşkili
- Müştəri xidmətləri operatorlarına mütəmadi olaraq təlim keçmək
- Zəruri hallarda müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
- Zənglərin daimi monitorinqi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər:

- Ali təhsil
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- Müştəri xidmətləri sahəsində ən azı 3 il iş təcrübəsi
- Müştəri xidmətləri əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
- Ünsiyyətçilik və səlis danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Analitik zəka və müştərilərlə yüksək səviyyədə işləmək bacarığı
- Heyətin idarəolunması, motivasiya qayda və normalarını bilməli

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Müştəri xidmətləri üzrə mütəxəssis (supervayzer)” qeyd edib bu ünvana göndərəsiniz: [email protected]

İşəgötürənin reytinqi