Paketləmə Formeni

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 15.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Paketləmə Formeni vakansiyası üzrə namizəd axtarılır.

Tələblər:

• Texniki peşə təhsili
• Sement və Paketləmə sahəsi üzrə 1 il iş təcrübəsi
• İdarəetmə təcrübəsi
• Istehsalat prosesi haqda texniki biliklər
• Riyazi hesablamalar aparma qabiliyyəti
• Komputer proqramları üzrə biliklər (MS Office)

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Paketləmə bölməsində çalışanların növbə ərzində görüləcək işlərinin təyin edilməsi
• Paketləmə bölməsində (kisələr, neylon örtüklər, mürəkkəb, plomblar, təmizlik ləvazimatları) ehtiyatlarına nəzarət
• Təmir planına əsasən görülən işlərin icrasına nəzarət
• Gündəlik paketləmə yoxlama formasının doldurulması və bir başa rəhbərə təqdim edilməsi
• Sementin plana əsasən paketlənməsinə nəzarət
• Paketləməyə aid iş əmrlərinin həyata keçirilməsinə nəzarət
• Gündəlik istehsalat məlumatlarının müvafiq formada qeydiyyatı
• Podratçı şirkətin gündəlik işlərinə nəzarət
• Paketləmə bölməsində çalışanların gündəlik işlərinə nəzarət
• Hazır palet anbarının plana uyğun istifadəsinə nəzarət
• Yükləmə və paletləmə proseslərinə nəzarət
• Yükləmə prosesinin axıcılığının təmini, dispetçetlərə məlumatın ötürülməsi
• İstehsalda məhsul çeşidinin dəyişdirilməsi prosesinin idarəolunması
• Zavodun keyfiyyət meyarlarına cavab verməyən məhsulun istehsalının və satışın dərhal dayandırılması,problem həll olduqdan sonra satışa icazənin verilməsi
• Avadanlıqlardakı nasazlıqla bağlı istehsalın dayandırılması
• SƏTƏM qaydalarına əməl olunmayan işlərin dayandırılması

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 23.10.20

İşəgötürənin reytinqi