İnşaat Mühəndisi

İşin təsviri

Crocus ConstructionMMC İnşaat Mühəndisi vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.)
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək və s.;

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı;

İş yeri:

Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]