Personal Assistant (Office Administrator)

  • One Smart Star
  • Elanın qoyulma tarixi: 11.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnoloqiyadır.

Vəzifə : Personal Assistant (Office Administrator)
Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
İş qrafiki: I-V günlər, 09:00-18:30
Yaş: 22 - 30 yaş
Təhsil: Ali
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vəzifə təlimatları:

• Ofisdaxili sənədləşmə (Korporativ müqavilələr, məktubların tərtibi və ya tərcüməsi);
• Partnyorlarla koorporativ ünsiyyətin təmin olunması;
• Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə təqdim olunması;
• İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
• Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
• Kargüzar işinin təşkili və nəzarəti;
• Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
• Ofisdə inzibati dəstəyin təmin edilməsi;
• Şirkətə daxil olan və şirkətdən göndərilən məktub və sənədlərin qeydiyyatının tənzimlənməsi;
• Qonaqlarla və ya partnyorlarla görüşlərin təşkil olunması;
• Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqların vaxtında yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Azərbaycan, rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili arzuolunan;
• Microsoft proqramlarında (Word, Excel, Outlook) tam sərbəst işləmək bacarığı;
• Ofis avadanlıqları ilə tam sərbəst işləmək bacarığı (printer, scan, faks)
• İnternet axtarış sistemlərindən sərbəst istifadə;
• Analitik qabiliyyətə malik olmalı, İşə planlı yanaşmalı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı, peşəkar xoş xarici görünüş;
• Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
• Koorporativ etikanı bilməli;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
• Personal assistant və ya Ofis Meneceri vəzifəsində iş təcrübəsi (arzuolunan)
• Yalnız Xanım namizəd tələb olunur;

Göstərilən tələblərə cavab verən namizədlər Mövzu hissəsində “Personal Assistant” yazaraq öz CV-lərinizi (foto ilə) [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.