Ofis Meneceri ( xanım )
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 1-3 il
- Yaş həddi: 22-30
- Mükəmməl ünsiyyət qurmaq bacarığı
- Xoş xarici görünüş
- Işgüzar münasibət etikasını bilməli
- Dil bilikləri: Azərbaycan və rus dilləri-ƏLA, ingilis-arzuolunan
- Ofis avadanlıqları ilə sərbəst işləmək bacarığı (printer, scan, faks)
- Ofis proqramları (Word, Excel, Outlook) -ƏLA
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- İddialı, operativ, komanda halında işləməyi bacarmalı
- İşdə dəqiq və detallara fikir vermə qabiliyyəti
- Sənədləşmə işinin aparılması bacarığı
- Yalnız xanım namizədlər
Vəzifələr:
- Məktubların, daxili yazılı sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
- Korporativ e-mail və yazışmaların həyata keçirilməsi
- Kargüzar işinin təşkili
- Ofisdaxili sənədləşmə (Korporativ müqavilələr, məktubların tərtibi və tərcüməsi)
- Ofisdə inzibati dəstəyin təmin edilməsi
- Müdiriyyətin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
- İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası
İş şəraiti:
- İş saatı 09:00 – 18:30`a dək. Şənbə günləri zəruri hallarda. Bazar günləri istirahət.
- Əmək haqqı 400-500 AZN
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
QEYD : Tələblərə uyğun XANIM namizədlər şəkilli cv`ləri [email protected] e-mail ünvanına “ofis meneceri” başlığı ilə göndərə bilərlər.
Əlaqə nömrələri : *6776 və ya 012 597 02 34