Əməliyat və Bazar risklərin idarəedilməsi departamentində Aparıcı və ya Baş mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 06.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur: Əməliyat və Bazar risklərin idarəedilməsi departamenti
Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi; Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi
• Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləməq və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək
• Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi
• Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi
• İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi
• Əməliyyat riskləri üzrə işçilərin biliklərini artırmaq üçün bankda təlim / seminar keçirmək
• Rəhbərlik üçün daxili hesabatların hazırlanması;

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• Zəruri minimum iş təcrübəsi 5 il, bank sektorunda 3 il;
• Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyi, əmək məcəlləsini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyəti məsələləri üzrə normativ sənədləri bilməli;
• Bank işinin əsaslarını və bank sisteminin strukturunu, bankda daxili prosesləri bilməli;
• Kompyuter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook);
• İqtisad xarakterli məlumatı ilə analitik işin aparılma bacarığı;
• Strukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
• Xarici dil bilməsinə üstünlük verilir (rus dili, inglis dili);
• Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
• Məsuliyyət;
• Nəticə əldə etməyə meyl;
• Stressə davamlılıq

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Əməliyat və Bazar riskləri_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi