Onlayn Satış üzrə menecer

İşin təsviri

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.

Vakansiya: Onlayn Satış üzrə menecer

Tələblər:

• Azərbaycan və rus dilini səlis bilməli;
• Satış təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

• Onlayn satışla bağlı müştərilərin suallarının internet üzərindən cavablandırılmasına nəzarəti həyata keçirmək;
• Onlayn satışın, şirkətin standartlarına və təlimatlarına müvafiq qaydada həyata keçirilməsini təmin etmək;
• Müştərilərin təkliflərinin, şikayətlərinin onlayn formada qəbulu və müvafiq struktur bölməyə göndərilməsi işini təşkil etmək;
• Onlayn Satış Şöbəsinin məhsulları haqqında məlumatlar haqqında tabeliyində olan işçilərə təlim keçmək;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Onlayn Satış üzrə menecer” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 22.10.2020

İşəgötürənin reytinqi