Merçendayzer

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Merçendayzer 

Vəzifə öhdəlikləri:

- Satış Nöqtələrində vitrinlərdə məhsulları Şirkətin təyin etdiyi standartlara uyğun yerləşdirmək, məhsul düzülüşünə nəzarət etmək, məhsul mövcudluğunu və təmizliyini təmin etmək;
- Satış Nöqtələrini Şirkətin məhsullarına, qiymətlərinə, satış stimullaşdırıcı kampaniyalarına dair məlumatlandırmaq;
- Satış Nöqtələrində məhsul tanıtım (reklam) imkanlarını müəyyənləşdirmək, reklam materiallarının düzgün yerləşdirilməsini təmin etmək;
- Satış Nöqtələrindən rəqib markalara dair məlumatları toplamaq və hesabat formasında struktur bölmə rəhbərinə təqdim etmək;
- Satış Nöqtələrindən müştərilərə dair məlumatları təhvil almaq;
- Ehtiyac olduqda Satış Nöqtələrindən məhsul sifarişinə dair məlumat almaq və bu məlumatları təsdiqlənməsi üçün Satış Operatoruna təqdim etmək;
- Satış Nöqtələrinə promo məhsulların, marketinq materialların və hədiyyələrin çatdırılmasını təmin etmək;
- Müəyyən edilmiş rut üzrə Satış Nöqtələrini ziyarət etmək;
- Əmək funksiyalarına və struktur bölmə rəhbərinin verdiyi tapşırıqlara uyğun görülən işlərin nəticələrinə dair həftəlik, aylıq və illik əsasda hesabat hazırlamaq, rəhbərə təqdim etmək;
- Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Vəzifəyə olan Tələblər:

- Ali və ya orta ixtisaslı təhsil
- Cins – kişi
- İş satjı : 1 ilədək
- Yaş həddi : 25-40
- Sürücülük vəsiqəsi : B kateqoriyası

Vəzifədən irəli gələn səriştələr:

- Yüksək ünsiyyət bacarığı
- Stresə və iş yükünə davamlılıaq
- Aktivlik və çeviklik
- Səliqəlilik
- Nizam-intizam

Əmək şəraitinin şərtləri:

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əmək haqqı : 500 AZN (Net)

Xahiş edirik, mövzu hissəsində “Merçendayzer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.