SƏTƏMM üzrə mütəxəssis

İşin təsviri

SƏTƏMM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
• Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq Təlimlə bağlı ödənişləri nəzarətdə saxlamaq;
• İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
• İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və TTQ-dan təlimatlandırılmaların keçirilməsini heyata keçirmək;
• Müəssisənin departamentlərinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
• Yeni işə qəbul olunanlara, ezamiyyətə və qonaq gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək;
• Müəssisənin departamentlərində təhlükəsiz iş şəraitinin təmin olunması üçün öz rəhbərinə təkliflər vermək;
• Müəssisədə texniki təhlükəsizlik və əməyin mühafizəsi günün keçirilməsində yaxından iştirak etmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;

Tələblər:

• Bakalavr dərəcəsi
• Tikinti sahəsində 1-3 illik təcrübə
• Fövqəladə Hallar Nazirliyinin sertifikatı

Zəhmət olmasa CV-nizi "SƏTƏMM üzrə mütəxəssis" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtlarına göndərin.

İşəgötürənin reytinqi