Qəbuledici - mexanik

İşin təsviri

Vəzifələr:

• Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.

Tələblər:

• Təhsil: Ali (bakalavr)
• Müvafiq sahədə 3 illik iş təcrübəsi;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 800-1000 AZN
• Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 300-700 AZN

Namizədlərdən öz tərcümeyi-halını [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.