Elektrik

  • IMA Energy
  • Elanın qoyulma tarixi: 09.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında məlumat

IMA Energy” QSC sənaye obyektləri, iri və kiçik həcmli zavod və fabriklər, çoxmərtəbəli yaşayış binaları, komplekslərin və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemləri, alçaq gərginlikli enerji paylama sistemləri, zəif axın sistemləri, elektrik panellərinin, yarımstansiyaların və elektrik avadanlıqlarının tikintisini, quraşdırılmasını və təmiri işlərini həyata keçirir.

Vəzifənin adı - Elektrik

İş barəsində məlumat

- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.

Namizədə tələblər

- Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
- Müvafiq sahə üzrə iş təcrübəsi

Fərdi keyfiyyətlər

- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş qrafiki

- 6 günlük iş rejimi (Tam iş günü)

Əmək haqqı: 500-600

E-mail: [email protected]