Satınalma üzrə menecer

  • Resant Group
  • Elanın qoyulma tarixi: 06.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalma üzrə menecer

Vəzifə öhdəlikləri:

• Mal və əşyaları optimal qiymətə, lazım olan keyfiyyətdə və həcmdə və lazım olan vaxtda satın almaq.
• Şirkətin şöbələrinin fəaliyyətinin qarşılıqlı əlaqəsi haqqında məlumatlı olmaq, fəaliyyət proqnozlarından material ehtiyacının planlanmasında istifadə etmək və bu planı rəhbərliklə razılaşdırmaq.
• Hər ay əlverişli qiymətlə baş verən satınalmalar nəticəsində qənaət edilən vəsaitləri, hər hansı bir sabit qiymətlə müqayisə edərək və həmin qiymətin əlverişli olduğunu sübut edərək hesablamaq
• Büdcə gerçəkləşmələri və smeta hesablamaları standartlarının daha yüksək səviyyəyə və təsərrüfat fəaliyyəti üzrə normativ-texniki sənədlərə uyğunlaşdırılması məqsədi ilə şöbə başçılarına məsləhətlər vermək
• Mal və materialları şirkətin maliyyə vəziyyətini, cari fəaliyyətini və müştərilərin sayına aid proqnoz və planları nəzərə alaraq sifariş etmək
• Şirkətin kompüter sistemindən sifarişləri, bronları, material ehtiyatının minimal ehtiyatını və mövcud material ehtiyatını idarə etmək, formalaşdırmaq məqsədilə istifadə etmək
• Xidmət avadanlıqları və istehlak mallarının işlədilməsinə nəzarət etmək və bu əşyaların effektiv inventarizasiyasını təşkil etmək məqsədilə mehmanxananın kompüter sistemindən istifadə etmək
• Anbar və yük platformasında satınalma qrupu üzvlərinin işini təşkil etmək, tənzimləmək
• Treninq iştirakçılarına satınalma sistemi haqqında ətraflı məlumat vermək və onlar üçün iş saatlarında şöbə daxilində gəzinti təşkil etmək
• Şöbə başçıları ilə ticarət təşkilatları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün məsuliyyət daşıyır.
• Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
• Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Namizədə bağlı tələblər:

• Ali təhsilin olması vacibdir
• Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
• Problemi sərbəst həll etmə qabiliyyətinin olması
• Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
• Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
• Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
• Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
• Kompyuter biliyi (Word, Excel, Power point,Outlook)
• Dil bilikləri – Azərbaycan, Rus və İnglis dillərini sərbəst bilməli

İş Şərtləri:

• İş vaxtı: həftədə 5 gün;
• Əmək haqqı: 2000-2500 AZN (əmək fəaliyyətindən asılı olaraq)

Maraqlanan namizədlər mövzu yerində “Satınalma üzrə menecer” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi