Mühasib-operator

İşin təsviri

Mühasib-operator

Əmək haqqı : 450 -500 AZN

İş barədə:

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər:

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• İş təcrübəsi;
• Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 25-35 arası

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

E-mail: [email protected]